Milli Genbank ölkə üçün önəmli genetik ehtiyatları toplayır, qoruyur və öyrənir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.

Nəsli kəsilməkdə olan növlər və seleksiya sortları burada saxlanılır.

Genetik materiallar elmi məqsədlər üçün bərpa olunur və çoxaldılır.

Məlumat bazası yaradılır və səmərəli istifadə üçün tövsiyələr hazırlanır.