Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki komissiyaları tərəfindən təşkil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Seçki komissiyaları seçkilərin hazırlanması, keçirilməsi və nəticələrinin müəyyən edilməsini təmin edir. Həmçinin seçici hüquqlarının həyata keçirilməsinə və müdafiəsinə nəzarət edirlər. Onlar müstəqil fəaliyyət göstərir və hər hansı müdaxiləyə yol verilmir.