Mərkəzi Bank yoxlamanın yekun qərarını 53.5-ci maddədə nəzərdə tutulmuş müddət bitdikdən sonra 30 təqvim günü ərzində qəbul edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Nəzarət subyektinə qərar yazılı şəkildə göndərilir.

Hesabatın forması və məzmunu normativ aktlarla müəyyən edilir.

Subyekt hesabatı Mərkəzi Bankın razılığı olmadan açıqlaya bilməz.