Mərkəzi Bank innovativ məhsulların sınaqdan keçirilməsi üçün xüsusi tənzimləmə rejimi tətbiq edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Bu rejim çərçivəsində məhdud ərazi, müddət, əməliyyat sayı və iştirakçı sayı ilə sınaq aparılır.
Xüsusi tənzimləmə rejimi iştirakçıların və istifadəçilərin hüquqlarını qoruyur.
Rejim iştirakçıları Mərkəzi Bankla müqavilə əsasında fəaliyyət göstərir.