
Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub.
Belə ki, hadisə zamanı rayon sakinləri – 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.
Hadisə kənddə keçirilən toy mərasimi zamanı qeydə alınıb.
Belə ki, Talıstan kənd sakini 2002-ci il təvəllüdlü Elşən Babayev Səid adlı həmkəndlisinin toyunda iştirak edib.
O, daha sonra sərxoş vəziyyətdə qonaqlardan biri ilə mübahisə edib və məclisin keçirildiyi mağardan kənarda münaqişə yaşanıb.
Bu zaman bəy və digər şəxslər E.Babayevi sakitləşdirmək istəyib. Lakin Elşən bıçaqla bəy də daxil olmaqla 4 nəfərə xəsarət yetirib.
E.Babayev ilkin ifadəsində bildirib ki, məclisdə atası barəsində xoşagəlməz sözlər danışılıb. Buna görə də məsələni aydınlaşdırmaq istəyib.
Xəsarət alanlardan birinin vəziyyəti daha ağır olduğundan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
***
saat 01.07
İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs saxlanılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.
Hadisə nəticəsində rayon sakinləri; 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
