Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir ehtiyatlara aid edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Bu gəlir Mərkəzi Bankın kapital ehtiyatları və sərbəst mənfəətin hesablanmasında nəzərə alınmır.
İlin sonunda zərər yaranarsa, əvvəlcə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir.
Yeterli olmadıqda isə zərər Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.