Damazlıq təsərrüfatlarının əsas növlərinə damazlıq zavodları, reproduktorlar, fermalar və sınaq müəssisələri daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Bunlara süni mayalandırma və embrion transplantasiyası mərkəzləri, genobanklar və laboratoriyalar da daxildir.

Fəaliyyət növü normalar, tələblər və şərtlər əsasında həyata keçirilir.

Təsərrüfatlar cinslərin təmizliyinə, damazlıq ehtiyatının səmərəli istifadəsinə və biomüxtəlifliyin qorunmasına diqqət yetirir.