Ekoloji təmiz kənd təsərrüfatının məqsədi təhlükəsiz və keyfiyyətli məhsul istehsalını təmin etməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Torpağın münbitliyinin bərpası və ətraf mühitin qorunması əsas prioritetdir.
Təbii ehtiyatlardan səmərəli istifadə və bazarda rəqabətin təşviqi də məqsədlər arasındadır.
İstehlakçıların hüquqlarının müdafiəsi və kənd yerlərinin iqtisadi inkişafı təmin olunur.