Aktiv seçki hüququna malik və müəyyən tələblərə cavab verən vətəndaşlar passiv seçki hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Passiv seçki hüququ deputat, Prezident və bələdiyyə üzvü seçilmək hüququnu əhatə edir. Bu hüquq məhkəmə hökmü ilə azadlıqdan məhrum edilənlərə, müəyyən cinayət törətmiş şəxslərə və ikili vətəndaşlığı olanlara məhdudlaşdırıla bilər. Həmçinin xarici dövlətlər qarşısında öhdəlikləri olan şəxslər passiv seçki hüququndan məhrumdurlar.