Ekoloji təmiz məhsulların sertifikatlaşdırılması torpaqdan istehlakçıya qədər bütün mərhələləri əhatə edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.

Sertifikat yalnız milli standartların tələblərinə əməl olunduqda verilir.

İdarəetmə sistemləri və məhsulların sertifikatlaşdırılması beynəlxalq standartlara uyğun aparılır.

Sertifikatlandırılmış məhsulların kodlarına aidiyyəti işarələr əlavə edilir.