Hər on ildə bir dəfə bütün cins heyvanların cins tərkibi və damazlıq keyfiyyəti üzrə uçotu aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Uçot damazlıq pasportu olan heyvanların sayını və keyfiyyətini dəqiqləşdirir.
Uçot nəticələri təsdiqlənərək təsərrüfatlarda və regionlarda damazlıq işinin qurulmasında istifadə olunur.
Seleksiya-damazlıq proqramlarının hazırlanması və həyata keçirilməsində bu məlumatlardan faydalanılır.