Ekoloji təmiz kənd təsərrüfatı balanslaşdırılmış aqroekosistemə əsaslanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Kimyəvi-sintetik maddələrin istifadəsindən imtina olunur və potensial təhlükəli texnologiyalar qadağan edilir.
Biomüxtəlifliyin qorunması üçün torpağa uyğun bitki və heyvan növləri seçilir.
Qapalı təbii dövran üsulu və ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq olunur.