Ekoloji təmiz heyvandarlıq məhsulları zərərsiz texnologiyalarla istehsal olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Heyvanların çoxalmasında təbii üsullardan və yalnız icazə verilmiş baytarlıq preparatlarından istifadə edilir.
Yemlərdə sintetik stimulyator və məhsuldarlığı artıran maddələr qadağandır.
Bitkiçilik və heyvandarlıq qarşılıqlı fəaliyyətlə biomüxtəliflik təmin edilir.