Mərkəzi Bank yerli və xarici kredit təşkilatları ilə qiymətli kağızlar, xarici valyuta və digər maliyyə alətləri üzrə əməliyyatlar apara bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Hesab açmaq, kassa və depozit əməliyyatları aparmaq da hüquqlar arasındadır.
Bank əməliyyatlarından haqq tutmaq və əməkdaşlarına xidmət göstərmək mümkündür.
Mərkəzi Bank törəmə maliyyə alətləri ilə əməliyyatlar da apara bilər.