Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ötən gün baş verib.

Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.