Milli kolleksiyalar baza, aktiv işlək, əvəzedici, genetik, özək, herbari və DNT/RNT tipli ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunda əksini tapıb.
Baza kolleksiyalar Milli Genbankda saxlanılır və milli sərvət statusuna malikdir.
Aktiv işlək kolleksiyalar elmi və maarifləndirici proqramlarda istifadə olunur.
Əvəzedici kolleksiyalar fəlakətlər zamanı təhlükəsizliyi təmin edir.