Pul siyasətinin həyata keçirilməsi məqsədilə kredit təşkilatları yenidən maliyyələşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Kreditlər dövlət qiymətli kağızları və digər etibarlı təminatlar əsasında verilir.

Kredit müddəti 6 aydan çox olmamaq şərti ilə müəyyən edilir və uzadıla bilər.

Yenidən maliyyələşdirilmənin forma və qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.