Seçki komissiyalarının qəbul etdiyi qərarlar və aktlar dövlət orqanları, siyasi partiyalar və seçicilər üçün məcburidir.
Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.
Yuxarı instansiyalı komissiyaların qərarları aşağı instansiya komissiyalarına da şamil olunur. Bu, seçki prosesinin vahid və nizama salınmış şəkildə idarə edilməsini təmin edir. Komissiyaların qərarları seçkilərin qanuniliyini təmin edən hüquqi əsasdır.