Azərbaycanda seçki hüququ irq, din, cins, mənşə və digər statuslardan asılı olmayaraq hər kəsə bərabər verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir. Hər bir vətəndaş seçkilərdə bir səsə sahibdir. Bu prinsiplər seçkilərin ədalətli keçirilməsini təmin edir.