Milli Məclisin deputatı, Prezident və bələdiyyə üzvü olmaq üçün bəzi vəzifələr ilə uzlaşmamaq tələbi mövcuddur.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Hərbi qulluqçular, hakimlər, dövlət qulluqçuları və din xadimləri tutduqları vəzifə müddətində seçilmək hüququndan məhrumdurlar. Bu tələblər dövlət idarəçiliyində qərəzsizliyi təmin etmək məqsədilə qoyulub. Vəzifələrin uzlaşmaması prinsipi seçkilərin ədalətli keçməsinə zəmin yaradır.