Yoxlayıcılar nəzarət subyektinə daxil olmaq və istənilən sənədləri tələb etmək hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Onlar həmçinin avtomatlaşdırılmış sistemlərdən məlumat götürə, surətçıxarma və texniki vasitələrdən istifadə edə bilərlər.
Yoxlayıcılar sənədlərin və məlumatların məxfiliyini qorumaq və onları qaytarmaqla öhdəlik daşıyır.
Son 1 il ərzində yoxladığı subyekt tərəfindən Mərkəzi Bankla əmək münasibətlərinə xitam verilmiş yoxlayıcı rəhbər vəzifəyə işə götürülə bilməz.