Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu olub.

Heftelik.az-ın xəbərinə görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edib.

Oyunun 28-ci dəqiqədə “Qarabağ”  hesabı açıb, Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai baxımlı qol vuraraq fərqi iki topa çatdırıb.

Bu hesab oyunun sonunadək dəyişməyib.

Beləliklə, “Qarabağ” “Benfika”-dan sonra “Kopenhagen”i də məğlub etməyi bacarıb.