Damazlıq sahəsində çalışan mütəxəssislərin hazırlanması və əlavə təhsili icra hakimiyyəti orqanının təklifləri əsasında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Elmi tədqiqatlar müvafiq tədqiqat müəssisələri və alimlər tərəfindən aparılır.

Tədqiqatlar mövcud cinslərin təkmilləşdirilməsi və yeni cinslərin yaradılması ilə bağlıdır.

Metod və üsulların hazırlanması və digər elmi-texniki tədqiqatlar da həyata keçirilir.