Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan seçkilərində iştirak edə bilməzlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Onlar namizədlərin irəli sürülməsi, qeydiyyatı və seçki kampaniyalarında iştirak etmək hüququndan məhrumdurlar. Lakin bu məhdudiyyətlər onların fikir və toplaşmaq azadlıqlarını məhdudlaşdırmır. Qanuna riayət etməyənlər isə məsuliyyətə cəlb olunurlar.