Ekoloji təmiz subyektlərə digər təsərrüfatlardan heyvan gətirilməsi müəyyən şərtlərlə mümkündür.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Bu, subyektin genişləndirilməsi, yeni cins üzrə ixtisaslaşması və ya fəlakət hallarında icazə olunur.
Heyvanların gətirilməsi baytarlıq-sanitariya qaydalarına uyğun həyata keçirilir.
Məqsəd heyvan sayının bərpası və cinslərin qorunmasıdır.