Mərkəzi Bank dövlətin öhdəlikləri üçün cavabdeh deyil, dövlət də Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyil.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Mərkəzi Bank dövlətin bankı və maliyyə agentidir.

O, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.

Dövlətin iqtisadi siyasətinə dəstək Mərkəzi Bankın əsas vəzifələrindəndir.