Seçki komissiyaları seçkilərin hazırlanması və keçirilməsi zamanı məlumatların toplanması və işlənməsi üçün xüsusi hüquqlara malikdirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Onlar seçicilərə məlumat verilməsini təmin edir və seçki prosesinin şəffaflığını artırırlar. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək hüququna malikdirlər. Bu sistem seçicilər haqqında məlumatların qorunması ilə yanaşı, prosesin effektiv idarə olunmasına kömək edir.