Ekoloji təmiz kənd təsərrüfatı subyektləri könüllü keçən və sertifikat almış şəxslərdən təşkil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Subyektlər sənaye mərkəzlərindən uzaq, ekoloji təmiz torpaq və suya malik sahələrdə yerləşməlidir.
Bitkilər və heyvanlar təbii şəraitdə yetişdirilməlidir.
Subyektlər öz aralarında kooperasiya və assosiasiya əlaqələri qura bilərlər.