
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb.
Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb.
Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyevə 30 sutkalıq inzibati həbs verilib.
Qeyd edək ki, E.Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs edilib.