İstanbulda güclü zəlzələ oldu

02 Oktyabr 2025, 16:30

Mərmərə dənizi sahillərində 5 maqnitudalı zəlzələ olub.

Heftetelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Ocağı 6,71 km dərinlikdə yerləşən zəlzələ İstanbul, Edirne, Tekirdağ, Kırklareli və Balıkesirdə hiss edilib.