Mərkəzi Bank “Dövlət satınalmaları haqqında” qanunun müddəalarına tabe olmadan müəyyən satınalmalar həyata keçirə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Bura kağız və metal pul nişanlarının hazırlanması, beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarəsi daxildir.
Həmçinin nağd xarici valyutanın alınması və daşınması da bu kateqoriyaya daxildir.
Nəzarət tədbirləri ilə bağlı satınalmalar da qanunda nəzərdə tutulur.