Mərkəzi Bank dövlət büdcəsinin birbaşa maliyyələşdirilməsi üçün kredit vermir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Qısamüddətli vəsait çatışmazlığı zamanı dövlətə milli valyutada kredit verə bilər.

Belə kreditlərin məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3%-dən çox ola bilməz.

Pul siyasəti ilə əlaqədar təkrar bazarda edilən əməliyyatlar bu şərtlərə tabe deyil.