Mərkəzi Bank nəzarət subyektlərinə verdiyi lisenziya və icazələrin mərkəzi reyestrini tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Reyestrdə subyektlərin və onların filiallarının adı, ünvanı və rəhbərlərinin məlumatları göstərilir.

Verilmiş, dayandırılmış və ləğv edilmiş lisenziyalar da reyestrə daxil edilir.

Bu məlumat ictimaiyyət üçün açıqdır və maliyyə şəffaflığını təmin edir.