Seçki komissiyaları fəaliyyətlərini qanuna əsaslanaraq, tam, bərabər və qərəzsiz şəkildə həyata keçirməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Onlar siyasi partiyalara və namizədlərə ədalətli münasibət bəsləməlidirlər. Qanunsuz göstərişləri icra etməmək və şəxsi mənafeləri xidmətə qarışdırmamaq da vacibdir. Həmçinin, komissiyalar heç bir siyasi partiyanı dəstəkləməməlidirlər.