Damazlıq heyvandarlığa dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Nəzarət proqramların işlənməsi və həyata keçirilməsini, standartların hazırlanmasını əhatə edir.

Dövlət reyestrinin və damazlıq kitablarının tərtibi və pasportların verilməsi də nəzarətə daxildir.

Azsaylı cinslərin qorunması və beynəlxalq tədbirlərdə iştirak da vəzifələr sırasındadır.