Damazlıq heyvanların yetişdirilməsi müvafiq seleksiya-damazlıq proqramına uyğun aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.

Cins heyvanlar bonitirə olunaraq keyfiyyətləri təsdiqlənir.

Bonitirəçi mütəxəssislər heyvanların növ, cins və cinsdaxili qruplar üzrə qiymətləndirmə aparırlar.

Nəticələr sənədlərdə əks olunur və tövsiyələr damazlıq subyektlərinə təqdim edilir.