Mərkəzi Bank qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətlərini oktyabrın 1-dən gec olmayaraq Prezidentə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Dekabrın 31-dək istiqamətlər mediada açıqlanır.
İstiqamətlərdə inflyasiya hədəfi və istifadə olunacaq alətlər göstərilir.
Potensial risklər də açıqlanır.
