Mərkəzi Bank kredit təşkilatları arasında milli valyutada hesablaşmaları təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Hesablaşmalar müxbir hesablar vasitəsilə və ya beynəlxalq təcrübəyə uyğun üsullarla həyata keçirilir.

Ödəniş əməliyyatlarının qaydaları və tələbləri Mərkəzi Bank tərəfindən müəyyən edilir.

Ödəniş sistemlərinin inkişafı üçün xidmət haqqı tariflərinin yuxarı həddi müəyyən edilə bilər.