Mərkəzi Bankın fəaliyyəti auditor tərəfindən ildə bir dəfə yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.
Növbədənkənar audit zəruri hallarda təyin edilə bilər.
Audit Beynəlxalq Standartlara uyğun aparılır və xərclər Mərkəzi Bankın vəsaitindən ödənilir.
İlin yekunu Prezidentə təqdim olunur və maliyyə hesabatı rəsmi olaraq dərc edilir.
