29 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) Heftelik.az-a verilən məlumata görə, bunlardan 144 nəfəri imtahanda iştirak edib, yalnız 52 nəfəri keçid balını toplayıb.
14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib.