Azərbaycan Respublikasının pul vahidi manatdır və bir manat 100 qəpikdən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda əksini tapıb.

Pul nişanları kağız və metal formada tədavülə buraxıla bilər.

Manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Mərkəzi Bankın buraxdığı pul nişanları bütün ərazidə ödəniş vasitəsi kimi qəbul edilir.