Hərbi və ya fövqəladə vəziyyət elan edildiyi zaman seçkilər və referendumlar keçirilə bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, Seçki Məcəlləsində əksini tapıb.

Bu qadağa vəziyyətin ləğvindən sonra da 3 ay müddətinə qüvvədə olur. Bu müddət ərzində seçkilərin təşkili mümkün deyil. Bu tədbir ictimai təhlükəsizliyin qorunmasına xidmət edir.