Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyəm olunaraq saxlanılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.