Tokayev Azərbaycana gəlir

03 Oktyabr 2025, 16:40

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tokayev Azərbaycan Prezidentinin dəvəti ilə oktyabrın 6-7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər edəcək.