Xəzərdə xüsusi təyinatlı körpülər quraşdırılması Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılacaq.

Heftelik.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib.

İndiyə qədər qüvvədə olan qərara əsasən, istirahət üçün gəmi səfərlərinin keçirilməsi zamanı balıq mühafizə orqanları ilə razılaşdırmaq şərtilə, kiçik gəmilərin daimi dayanacağı məqsədilə yerli icra hakimiyyət orqanları tərəfindən Xəzər dənizi sahili adalarında, respublikanın su axınları və su tutarlarında xüsusi təyinatlı körpülər və yaxud onların quraşdırılması üçün sahələr ayrılıb. Bundan sonra balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaq şərtilə, kiçik gəmilərin daimi dayanacağı məqsədilə yerli icra hakimiyyət orqanları tərəfindən Xəzər dənizi sahili adalarında, respublikanın su axınları və su tutarlarında xüsusi təyinatlı körpülər və yaxud onların quraşdırılması üçün sahələr ayrılacaq.