Ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü balanslaşdırılmış aqroekosistem yaratmağa yönəlib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda əksini tapıb.
Birillik bitkilər üçün 2 il, çoxillik bitkilər üçün 3 il keçid müddəti nəzərdə tutulur.
Ətlik və südlük mal-qaralar, quşlar və arılar üçün xüsusi keçid müddətləri təyin edilib.
Keçid dövründə məhsullar “keçid dövrünün məhsulu” adı ilə satışa çıxarılır.
