Damazlıq heyvandan reproduksiya məqsədilə istifadə üçün pasport və sertifikat tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Damazlıq heyvandarlıq haqqında” qanunda əksini tapıb.
Heyvan dövlət qeydiyyatına alınmalı və vahid identikləşdirmə sisteminə daxil edilməlidir.
Reproduksiya üçün yalnız yararlı və yaxşılaşdırıcı heyvanlardan istifadə edilir.
Bu tədbirlər damazlıq keyfiyyətin qorunmasını təmin edir.
