Bakı sakini həyat yoldaşını və qaynını bıçaqlayıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Aralarında yaranan mübahisə zəmində Bakı sakini, həyat yoldaşı 1980-ci il təvəllüdlü Əliyeva Könül Mahmud qızını əlindən və qaynı, Şirvan sakini, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Mahmud oğlunu çiynindən bıçaqlayıb.

Bıçaq yarası alan bacı və qardaş Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.