“Şirvan şəhər mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşı bıçaqlanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Ümumilikdə 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında yazıb ki, həmkarı, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Lamiyə Qambayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
