Qaradağda 29 yaşlı kişi damdan yıxılaraq ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.